Yuxarı

Deputat Xocalı dəhşətlərini yaşayan qadına baş çəkdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti dünyanın istənilən bölgəsində yaşayan hər bir azərbaycanlının arxasındadır. Mənim Gürcüstana səfərim və bu ölkədə azərbaycanlıların yığcam yaşadıqları bölgədə yaşayan Xocalı ailəsinə baş çəkməyim də Azərbaycan dövlətinin siyasətinin nümunəsidir.

Report xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov fevralın 25-də Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş Kətan Ələkbərovanın ailə üzvləri ilə görüşdə söyləyib.

E.Məmmədov 1992-ci ildə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işlədiyini, hər xocalılını öz əziz adamı hesab etdiyi bildirib. O deyib ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsidə misli görünməmiş cinayətlər törədiblər: "Xocalı facəisi bu cinayətlərin ən ağırı idi. Xocalıda elə bir ailə tapılmaz ki, yaxınını, əzizini itirməsin. Kətan xanımın yaxınlarından 20 nəfər Xocalıda şəhid olub. Kətan xanım 1947-ci ildə Gürcüstana gəlsə də ürəyi daim vətəni Xocalı ilə döyünüb. Onun yaxınları Xocalının müdafiəsində, əsir və girov götürülmüş insanların azad olunmasında xüsusi igidlik göstəriblər. Azərbaycan dövləti onların xatirəsini daim uca tutur".

O, Gürcüstan parlamentində, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Xocalı soyqırımı, Azərbaycanın və Gürcüstanın ərazilərinin işğalı ilə bağlı məsələlərin müzakirə olnduğunu vurğulayıb. Gürcüstan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduqlarını və bu qanlı faciəyə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməsində maraqlı lduğunu diqqətə çatdırıb.

90 yaşlı Kətan Ələkbərova Azərbaycan dövlətinin qayğısını daim hiss etdiklərini, Milli Məclisin deputatının onlara baş çəkməsini yüksək qiymətləndirib.

Ailə üzvləri Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması üçün bu gündə döyüşə hazır olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin üzvləri, eləcə də Tbilisinin müxtəlif universitetlərində təhsil alan tələbələr də iştirak ediblər.

Tarix
2017.02.25 / 18:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla