Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2018


Heydər Əliyev prospektində kameralar niyə işləmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Yol Polisinin yüksək rütbəli əməkdaşı sentyabr ayının 10-da paytaxtın ən böyük - Heydər Əliyev prospektində baş verən qəzadan sonra aciz olduğunu söyləyib.

Tanınmış şair, tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi (Şamiyeva Həyat Rəhman qızı) 10 UR 704 dövlət nömrə nişanlı "Toyota Yaris" markalı avtomobillə "Koroğlu" metrosu istiqamətində hərəkət edərkən ağ rəngli VAZ 2107 "Jiquli" onu arxadan vuraraq aradan çıxıb. Xanım–sürücü Nərimanov rayon Polis İdarəsinə müraciət edib və qəza törədib qaçan maşının təxmin etdiyi nömrəsini deyib. Rəis, polkovnik-leytenant Tofiq Quliyevlə görüşmək cəhdi baş tutmayıb. Həyat xanımı Yol-patrul idarəsinin Qəhrəman adlı əməkdaşı qəbul edib. Xanımdan bütün sənədlərinin sürətini alan Nərimanov RPİ-nin yol polisi şöbəsinin rəisi isə deyib ki, Heydər Əliyev prospektində kameralar yoxdu, olanlarsa işləmir, ona görə də onu tapmaq mümkün olmayacaq: "Biz acizik".

"Maraqlıdır, əgər paytaxtın ən böyük prospektində kameralar yoxdursa, bəs həmin prospektdə sürət həddini aşan onlarla maşını cəriməyə cəlb edən görüntülər necə əldə edilir?" - deyən xanım sürücünün haqlı sualını Daxili İşlər Nazirliyinin müvafiq idarələrinə ünvanladıq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı prospektdə kameraların işlək olduğunu dedi.

"Nəqliyyatın intellektual idarə edilməsi və təhlükəsizliyi xidməti" idarəsi ilə də əlaqə saxladıq. Xidmətin növbətçi əməkdaşı polis çavuşu Həsən Məmmədov şəhərin bütün küçə və prospektlərinin görüntülərinin aydın göründüyünü və kameraların işlək olduğunu dedi. Konkret Heydər Əliyev prospekti ilə bağlı isə bunu əlavə etdi ki, prospektin həm əsas, həm də köməkçi yolları nəzarətdədir.

Tarix
2013.09.17 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ziya Məmmədovun villasındakı yanğınla bağlı - Rəsmi açıqlama

Baramanın qalibləri mükafatlandırıldı

İlham Əliyev iki müavin təyin etdi - Sərəncam

Şəkinin məşhur oteli satılır - Foto

Azərbaycandan İrana aparılan qadınlar tutuldu - Foto

Prezident bu borcları silir - MM-ə göndərildi

Diqqət: Uçquna görə bağlanan bu yol açıldı

Abşeronda yanğın: ölən var

Bakıda əməliyyat: İranlı tiryəki görün harada gizlədib – Video

Marketlərdə dərman satıla bilərmi?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla