Yuxarı

Vergilər Nazirliyinin "Açıq qapı"sından keçdik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 12-də Vergilər Nazirliyinin Bakıda yeni istifadəyə verilmiş vergi ödəyicilərinə xidmət mərkəzində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Açıq qapı" günü keçirilib.

"Axar.az" xəbər verir ki, "Açıq qapı" günündə iştirak edən KİV nümayəndələri mərkəzin inzibati binası, o cümlədən kameralarla təchiz edilmiş xidmət və təhlil otaqları ilə yaxından tanış olublar. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov mətbuat nümayəndələrinə mərkəzin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, vergi ödəyicilərinə xidmət mərkəzləri vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədi ilə yaradılır və vergi ödəyicilərinə göstərilən xidmətlər onların yaşayış və iş yerlərinə yaxın ərazilərdə təşkil olunur.

Müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş xidmət mərkəzində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxmaq imkanı yaradılır. Eyni zamanda vergi bəyannamələri, sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, məktub və ərizələrin çatdırılması və digər məsələlər üzrə də vətəndaşlara lazımi kömək göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir (AzərTac).

Tarix
2013.11.12 / 20:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla