Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
22:04
Ana səhifə Toplum |
Azərbaycanlı paratoekvandoçu Aynur Məmmədova Novruz bayramı münasibətilə kamera qarşısına keçib.
Musavat.com xəbər verir ki, o, bayram rəmzlərindən sayılan Bahar qızı obrazını canlandırıb.
Foto-layihənin çəkilişləri Binə Atçılıq Mərkəzində aparılıb. Libaslar Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzi tərəfindən təqdim edilib. Saç düzümü və makiyaj Səbinə İmanovaya məxsusdur, fotoqraf isə Tünzalə Ağayevadır.
Qeyd edək ki, Aynur Məmmədova taekvondo üzrə üçqat dünya və ikiqat Avropa çempionudur. Dünya reytinqində öz çəki dərəcəsində birinci yeri tutur.
Tarix
2017.03.14 / 20:46
|
Müəllif
Axar.az
|