Yuxarı

Zirəddin: Siz azərbaycanlı deyilsiniz? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ekstrasens Zireddin Rzayev Azərbaycanda təhqirə məruz qalıb.

Ölkə.az-ın məlumatına görə, Z.Rzayev 10 il bundan əvvəl Rusiyaya köçüb və 2012-ci ildə Rusiyanın vətəndaşlığını alıb. O, ölkəsini uzun müddət tərk etsə də, vətəni unutmayıb. Zirədddin Rzayev Moskva şəhərində qısa müddətdə tanınıb. O, “Ekstrasenslərin döyüşü” proqramında məşhurlaşıb. Qısa müddətdə tanınan ekstrasensin bu papulyarlığı Azərbaycanda çox insanın ürəyincə olmayıb.

Azərbaycanın bəzi KİV-lərində Zirəddin Rzayev haqqında xoşagəlməz məqalələr yazılmağa başlayıb. Onu cəsusluqda, şeytanlıqda, satanizimdə ittiham etməyə başlayıblar. Onu etmədiyi hərəkətlərdə günahlandırırlar. Ekstrasens onu təhqir edən azərbaycanlı jurnalistlərə Rusiyanın “Life” saytında cavab verib. Z.Rzayev onu tənqid və təhqir edən jurnalistlərə ondan əl çəkmələrini rica edib.

“Siz Azərbaycan saytlarında yazırsız ki, mən alkaşam, narkomanam və agentəm. Məni günahlandırmağa və çirkaba batırmağa heç nə tapmırsız, artıq başlamısınız mənə şər atmağa. Amma yazdığınız bu şər və böhtanlar da işə yaramır. Belə yazılar yazaraq özünüzü biabır etməyin. Mən hazırda Rusiyanın vətəndaşıyam və Rusiyada yaşayıram. Sizə nə pisliyim dəyib axı? Məndən nə istəyirsiniz? Niyə Azərbaycan vətəndaşları haqqında yox, mənim barəmdə yazırsınız? Siz heç kimlə mübarizə aparmaq məcburiyyətində deyilsiniz. Mən sizi başa düşmürəm. Sizi anlamıram. Sizin diliniz, sizin dininiz nədir? Mənim məşhurluğumdan istifadə edib, özünüz üçün reytinq qazanmaq istəyirsiz. Sizin jurnalist təhsiliniz var? Mənim haqqımda yazmağı sizə kim sifariş verib? Yoxsa siz azərbaycanlı deyilsiz?”

Tarix
2017.03.19 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla