Yuxarı

İçərişəhərdə “Bahar qalası” - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-da İçərişəhərdə, Qoşa Qala qapısı yaxınlığında “Bahar qalası” adlı Novruz şənliyi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq, bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini təşkil edib. U şənlikdə təkcə paytaxt sakinləri deyil, Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri də iştirak ediblər.

İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistandan gəlmiş nümayəndələrin birgə iştirakı ilə Qoşa Qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdikləri “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub. Qonaqlar, həmçinin müxtəlif ölkələrin milli mətbəxinin ləziz nümunələri ilə tanış ola, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biliblər.

Şənlikdə qoca, cavan, uşaqlar və şəhərimizin qonaqları bir-birindən maraqlı çoxsaylı Novruz bayramı ayinlərində iştirak ediblər. Səhər saatlarından başlayaraq pəhləvanlar, kəndirbazlar və sehrbazlar öz məharətlərini göstəriblər. Bədii və tarixi personajların, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artırıb. Rəngarəng konsert proqramında ayrı-ayrı ölkələrin mahir ifaçıları çıxış ediblər. Əlvan geyimli hind rəqqasları, dadlı Qazaxıstan təamları, nəfis Azərbaycan, rus, gürcü milli xörəkləri sakinlərə və qonaqlara unudulmaz anlar bəxş edib.

Meydanda, həmçinin muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndirilib, Dövlət Nəfəs Alətləri, habelə estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları maraqlı ifalarla çıxış ediblər.

Tarix
2017.03.19 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla