Yuxarı

Çaylarda sululuğun səviyyəsi artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər üzrə respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyətə dair məlumat açıqlanıb.

Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, son günlər Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 288 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Martın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 99 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, son günlər Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Şirvan məntəqəsində 4, Bankədə 2 sm artım qeydə alınıb, Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2016-cı il martın 17-də 442 sm), Şirvanda 251 sm (2016-cı il martın 17-də 269 sm), Salyanda 176 sm (2016-cı il martın 17-də 214 sm), Bankədə 185 sm (2016-cı il martın 17-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il martın 17-də 150 sm) təşkil edir.

Tarix
2017.03.20 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla