Yuxarı

Türkiyə və Güney ziyalıları Cocuq Mərcanlıda – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumunun və jurnalist təşkilatlarının rəhbərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Axar.az xəbər verir ki, Antalya Jurnalistlər Cəmiyyətinin, Ağdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri “Qarabağdan Türk dünyasına könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində həyata keçirilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev tərəfindən Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, dağıdılan yaşayış məntəqələrinin vəziyyəti barədə ətraflı məlumat verilib. Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyə media nümayəndələrinə keçən ilin aprel döyüşlərində Azərbaycan ordusunun Lələtəpə yüksəkliyini Ermənistanın işğalından azad etməsi və bu döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıb. O bildirib ki, bu döyüşlərdə Azərbaycan ordusunun qələbəsi bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqedə olmasını, işğal altında olan digər torpaqlarımızı da azad etmək gücündə olduğunu göstərdi. Aprel döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ruhuna dualar oxundu.

Qonaqlara həmçinin Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat verildi. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlara məlumat verərək bildirilər ki. işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda artıq sürətlə yenidənqurma işləri gedir. Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası planlaşdırılır.

Dağıdılmış yaşayış evlərinin vəziyyəti, eləcə də kənddə gedən yenidənqurma işləri ilə tanış olan qonaqlar daha sonra 24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan yeganə ailə, Oqtay Həziyevin evinə baş çəkiblər, ailəni Novruz bayramı münasibəti ilə təbrik etdilər. Ailə üzvləri ilə bayram süfrəsi arxasında söhbət zamanı millət vəkili Qənirə Paşayeva Türk dünyasının əziz bayramı olan Novruz bayramını qardaş Türkiyədən, Təbrizdən, Ərdəbildən olan aydınlarla birlikdə məhz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qeyd edilməsinin gözəl hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyədən gələn jurnalistlərin Cocuq Mərcanlı kəndinin əvvəlki vəziyyəti və yenidənqurma işləri ilə tanışlığı Qarabağ həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha aydın çatdırılmasına öz tövhələrini verəcək.

80 yaşlı Minarə Həziyeva qonaqlara bildirib ki, bu bayramı Cocuq Mərcanlıda keçirdiyinə görə sevincinin həddi-hüdudu yoxdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd edib ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib.

Daha sonra qonaqlar Cocuq Mərcanlıda bayram adət-ənənələrinə uyğun olaraq, Novruz tonqalı qalayıblar.

Tarix
2017.03.20 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla