Yuxarı

Bərdədə qanlı yol terroru: ölənlər var - Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:22

Bərdədə 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Qəza VAZ-2106 markalı avtomobillə "Mersedes"in toqquşması nəticəsində baş verib. Hadisə zamanı "Jiquli" bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz "Jiquli"dəki sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Bərdədə baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

Qəza nəticəsində Bərdə sakinləri – 20 yaşlı Kərimov Təbriz Nadir oğlu, 18 yaşlı Abdullayev Rahib Knyaz oğlu və 19 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu ölüb. Onların hamısı VAZ-2106 markalı minik avtomobilində olublar.

Qəza zamanı "Mersedes"də olan Ağdam sakinləri - 1973-cü il təvəllüdlü sürücü Behbud Rəhimov, onun 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Rəhimov və onların 2004-cü il təvəllüdlü övladı Fərid Rəhimov yaralanıb.

Tarix
2017.03.22 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazı

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla