Yuxarı

DİN-dən dəhşətli qətllə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:58

Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayaraq özünü körpüdən aşağı atıb.

Report-un xəbərinə görə, hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.
Belə ki, 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.

Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.

***

Xırdalan şəhər sakini anasını balta ilə qətlə yetirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, martın 20-də Xırdalan şəhər sakini Həsən İbrahimov evində anası 52 yaşlı Nərgiz Əliyevanı balta ilə qətlə yetirdikdən sonra Xırdalan şəhəri ərazisindəki dəmir yolu stansiyasının üzərindən keçən körpüdən özünü atıb.

H.İbrahimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.

Tarix
2017.03.23 / 13:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla