Yuxarı

Bakıda görünməmiş intihar - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:39

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, martın 21-də gecə saat 01 radələrində “Şıx” çimərliyinin ərazisindəki sahildən Yasamal rayon sakinləri 1957-ci ildə anadan olmuş Əliyev Rauf Təyyar oğlu və 1963-cü ildə anadan olmuş Səlimova Gülnar Təyyar qızının meyitləri aşkar olunub. Məlum olub ki, onlar özlərini dənizə ataraq intihar edib.

İntihar edən kişi ilə qadın bacı-qardaş olub. Bildirilir R.Əliyev ruhi xəstə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Bakıda bacı və qardaşın bayram günü intihar etmələrinin yeni təfərrüatı məlum olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, Rauf Əliyev ruhi xəstə olduğu üçün ona bacısı Gülnar Səlimova baxırmış. Həyat yoldaşı ilə tez-tez mübahisə edən Gülnar Səlimova martın 21-də, hadisədən bir saat əvvəl oğlu ilə telefonla danışan zaman intihar edəcəyini bildirib.

Məlumata görə, G.Səlimovanın ruhi xəstə qardaşını da özü ilə intihara sürükləməkdə məqsədi onu kiminsə ümidinə buraxmamaq olub. Telefon danışığından sonra G.Səlimovanın oğlu dəniz kənarına gəlsə də, artıq gec olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Tarix
2017.03.23 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla