Yuxarı

Pulsuz təhsil üçün atasından imtina edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə yaşayan və Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsi olan Züleyxa Əliyevanın valideynləri 10 il əvvəl ayrılıblar. 4 il öncə isə rəsmi şəkildə boşanıblar. Elə o vaxtdan ata ailə üçün heç bir qayğı göstərməyib. Tələbənin anasının sözlərinə görə, keçmiş ailə başçısı heç alimenti də ödəməyib.

Axar.az xəbər verir ki, Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazdan yararlanmaq istəyir.

Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət edilib.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə, övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırkı vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.

Xəzər xəbər-ə stinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.03.23 / 16:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla