Yuxarı

Ermənistan mallarını Bakıda satan şirkət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

OVS mağazalar şəbəkəsinin Ermənistan istehsalı olan uşaq paltarlarının Bakıda satışını təşkil etməsi ictimaiyyətdə geniş rezonans doğurub.

Axar.az xəbər verir ki, bu barədə məlumat mediada yayıldıqdan sonra Qarabağ Azadlıq Təşkilatının nümayəndələri mağazada olublar və həmin vaxt “Made in Armenia” etiketli uşaq paltarlarının artıq satışdan yığışdırıldığını müşahidə ediblər.

OVS şirkətlər qrupunun açıqlaması isə olduqca qəribədir. Belə ki, mağazalar şəbəkəsi Ermənistan istehsalı olan malların Bakıda satışını təşkil etməyinin əsl səbəbini və yaxud, bunun anlaşılmazlıq olduğunu demək, faktı araşdırmaq və ölçü götürmək əvəzinə medianı suçlayıb, bu faktı üzə çıxaran Bakipost saytının ünvanına ittihamlar səsləndirib.

Bakipost saytının baş redaktoru Elçin Zahiroğlu isə Musavat.com-a açıqlamasında mağazanın bu utancverici hadisəni ört-basdır etmək üçün medianı hədəf seçməsindən təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, mağazalar şəbəkəsi Bakıda uşaqlara erməni istehsalı olan paltarlar geyindirdiyi üçün üzr istəyib, bundan sonra idxal etdikləri mallarda daha diqqətli olacaqları barədə açıqlama vermək əvəzinə, bütün məsuliyyəti öz boyunlarından atıb, medianı yalançılıqda, təxribatda suçlamaları əxlaqdan kənardır.

E.Zahiroğlu bütün faktları şəxsən özünün topladığını, “Gənclik Mall”dakı dükana getdiyini, foto-video çəkilişlər apardığını da xatırladıb: “Həmin malları tapıb şəkillərini çəkmişəm. Qeyd eləyim ki, mağazanın hər yerində kamera var. Yəni mənim ora getməyimi və şəkil çəkməyimi sübut eləmək çox sadə məsələdir”.

Baş redaktor həmçinin onu da bildirib ki, o məhsulları alan insanlar var və onlar artıq redaksiyaya etiketləri də, OVS mağazasından alındığını təsdiqləyən sənədləri də təqdim ediblər.

Qeyd edək ki, OVS açıqlamasında bu malların üstündəki etiketlərin fotoşop olduğunu da iddia etmişdi. Buna görə də “Bakipost” hazırladığı videonu ictimaiyyətə təqdim edib.

Tarix
2017.03.24 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla