Yuxarı

Hitlerin nazirinin silahını saxlayana hökm oxundu - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Report-un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Cəlalov özgənin əmlakını qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək, silahı ondan alıb və qaytarmayıb. Zərərçıkmiş isə buna görə polisə şikayət edib. Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində V.Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı İmperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb. O, Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Tarix
2017.03.29 / 15:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla