Yuxarı

Bu qurumların bütün sürücüləri kursa cəlb ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayından etibarən bütün sərnişin daşıyıcılarının sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində yaradılmış Sürücü Təlim Mərkəzində təlimlərə cəlb olunacaq.

APA xəbər verir ki, bunu BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, avtobus sürücüləri yalnız xüsusi təlim kurslarını bitirdikdən sonra sükan arxasına buraxılacaq: "Hal-hazırda İslam Həmrəyliyi Oyunları üçün ayrılacaq sürücülər təlimə cəlb olunub. May ayından başlayaraq bütün sürücüləri təlimlərə cəlb edəcəyik. Təlimlər sərt süzgəc rolunu oynayacaq. Başqa sözlə, sürücünün stajı bizim üçün əhəmiyyətli deyil. Bizim üçün əsas olan sürücülərin təlim proqramından uğurla keçməsidir. Bu təlim proqramı da hazırlanma mərhələsindədir".

Baş direktor əlavə edib ki, növbəti mərhələdə təlim kurslarına dövlət qurumları və xüsusi xidmət orqanlarının sürücüləri də cəlb ediləcək. "Söhbət Avropa standartlarına cavab verən təlim mərkəzindən keçirilən kurslardan gedir. Bura yağışlı, buzlu yolda, ekstremal vəziyyətdə avtobusun idarə edilməsi və sair aiddir".

V. Kərimli onu da qeyd edib ki, avtobus sürücüləri sosial məsuliyyətini dərk etməlidir: "Bunu isə onlara biz aşılamalıyıq. Avtobus sürücülərini biz xaricdən gətirməmişik, onlar bu cəmiyyətin üzvləridir".

Tarix
2017.03.29 / 19:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla