Yuxarı

150-yə yaxın məcburi köçkün işə qəbul edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə verilən tapşırıqlara uyğun olaraq Nəsimi rayonunda da müvafiq tədbirlər görülür.

Rayon İcra Hakimiyyətindən Axar.az-a daxil olan məlumata görə, hazırda rayonda 2373 ailədən ibarət 8713 məcburi köçkün məskunlaşıb və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və işlə təmin olunmaları üçün zəruri tədbirlər həyata keçirilir. Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun ən böyük istehsalat müəssisələrindən olan “Bakı Tikiş Evi” Səhmdar Cəmiyyətində məcburi köçkünlərin təmin olunması üçün yeni iş yerləri açılıb.

Rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva yeni işə götürülmüş məcburi köçkünlərlə görüşüb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

“Bakı Tikiş Evi”nin baş direktoru Fidail Rəhimov çıxış edərək yeni iş yerləri açılması üçün gələcəkdə də tədbirlər görüləcəyini söyləyib.

Tarix
2017.03.29 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla