Yuxarı

Atasının qətlə yetirdiyi uşaqla bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən məişət zorakılığını ər-arvad arasında olan zorakılıq kimi qəbul edirlər. Ancaq Sabirabadda 7 yaşlı Röyaminin atası tərəfindən başına çəkiclə vurularaq öldürülməsi də məişət zorakılığıdır.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

7 yaşlı Röyamin Məmmədovun ölümünün uşağa qarşı ən dəhşətli zorakılıq faktı olduğunu deyən T.İbrahimova hazırda cinayətlə bağlı araşdırmaların aparıldığını söyləyib:

“Belə görünür ki, valideyn evdə özünü bir valideyn kimi aparmayıb və ailədə belə hallar tez-tez olub. Problem ondadır ki, bu barədə məlumatı olan şəxslər aidiyyatı qurumlara vaxtında müraciət etsəydilər, alədə olan problemlərlə bağlı məlumatları vaxtında ötürsəydilər, bəlkə də baş vermiş hadisənin qarşısını almaq olardı. Təəssüf ki, çox zaman belə halları ailə məsələsi sayırlar. Lakin uşaqlara qarşı hər cür zorakılıq qadağandır, hər cür qəddar rəftar yolverilməzdir. Bu, həm beynəlxalq sənədlərdə, həm də Azərbaycan qanunvericiliyində var”.

Uşağa qarşı cinayət onun öz valideyni tərəfindən törədildikdə həmin valideynə qarşı qanunvericlik əsasında daha sərt tədbirlərin görülə biləcəyi ilə bağlı məsələlərə gəldikdə isə T.İbrahimova deyib ki, Cinayət Məcəlləsində bununla bağlı ayrıca müddəa yoxdur. Lakin Cinayıt Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanlara qarşı cinayətin törədilməsi ağırlaşdırıcı hal hesab edilir.

Qeyd edək ki, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

Tarix
2017.03.30 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla