Yuxarı

Bakıda sürüşmə təhlükəsi olan yerlər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilib. Nəticədə Xətai rayonunun Əhmədli qəsəbəsi, Masazır qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, Ukrayna yamacı, Kərpic zavod ərazisi, Zığ, Gəncə prospekti, Bayıl yamacı və Badamdar qəsəbəsinin sürüşmə təhlükəli ərazilər olduğu məlum olub.

APA-nın xəbərinə görə, bunu AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Seymur Məmmədov Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclasında çıxışı zamanı deyib. O, Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legendanın tərtib edildiyini qeyd edib. Elmi işçi əldə olunan nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğunu xüsusi vurğulayıb.

Daha Sonra Yer Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparılıb. Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı olub. Bölmə tərəfindən Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Tədbirin sonunda Neft və Qaz İnstitutunda Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tarix
2017.03.30 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla