Yuxarı

Dəmiryolçular niyyət protokolu imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, martın 30-da “Azərbaycan Dəmir Yolları” QSC-də “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli Sərəncamına uyğun olaraq, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinədək birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) dəmir yolu stansiyası və yüklərin boşaldılması üçün terminal tikilir.

Qeyd olunub ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.

Cənub-Qərb Nəqliyyat Dəhlizi barədə də məlumat verən C.Qurbanov deyib ki, bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yük daşımalarını 7 gün ərzində həyata keçirməyə imkan yaradacaq.

QSC sədri son vaxtlar digər marşrutlarla yanaşı, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gücləndirilməsi istiqamətində görülən işlərin də təqdirəlayiq olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

Qonaqlar, həmçinin Bakı Dəmir Yolu Vağzalına gələrək, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Daha sonra görüş üçtərəfli formatda davam edib. Danışıqlara “Gürcüstan Dəmir Yolları” SC-nin müavini Aleksi Nikolaşvili də qoşulub.

Görüşün sonunda Azərbaycan, Ukrayna və Gürcüstan dəmiryolçuları arasında niyyət protokolu imzalanıb.

Tarix
2017.03.30 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla