Yuxarı

Bakıda avtobuslar üçün ayrılan xətlərin aqibəti - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobus zolağına girən minik avtomobilinin sürücüsü yolun sonuna qədər zolaq üzrə hərəkət edir. Digər sürücü isə maşını bu zolaqda park edib. Hətta avtobus zolağında maşını geriyə hərəkət etdirənlər də var.

Görüntülər paytaxtın Yusif Səfərov küçəsindəndir.

Digər görüntülər isə eyni küçədə günün pik saatlarında lentə alınıb. Kadrlardan da aydın görünür ki, avtomobillər kütləvi şəkildə bu zolaqla hərəkət edirlər. Halbuki qanunvericiliyə görə, marşrut xəttində olan avtobus və operativ nəqliyyat vasitələrindən başqa digər avtobus və avtomobillərin bu yolda başdan-başa hərəkət etməsinin cəriməsi 40 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlamasında bildirib ki, ərazidəki Agentliyə məxsus kameralarla bu zolaqda qaydanı pozan sürücülərin görüntüləri cərimələnməsi üçün çəkilərək yol polisinə göndərilir. Bakı Şəhər Baş Dövlət Yol Polisinin sözçüsü Vaqif Əsədov isə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin göndərdiyi video-faktlar əsasında protokollar tərtib edilərək qayda pozan sürücülərin ünvanlarına göndərildiyini, həmçinin ərazidə xidmət aparan polis əməkdaşlarının qayda pozan sürücüləri yerində cərimələdiklərini dedi.

Xəzər xəbər

Tarix
2017.03.30 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla