Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


E.Namazov pul söhbətinə aydınlıq gətirdi – İlk dəfə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Aynur Elgünəş Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ona pul borcu olması barədə fikirləri sosial şəbəkədə yenidən səslənidirib.

Xanım jurnalist iddia edir ki, 2009-cu ildə Marşal Fondunun dəstəyi ilə Novxanıda keçirilən tədbirdə çıxış edən hər kəsin nitqini Eldar Namazovun tapşırğı ilə yazıya köçürüb. Bu nitqlərin sonradan kitab halına gətirilməsi planlaşdırılsa da, ideya tutmayıb. Buna baxmayaraq, üzərinə düşən işi gördüyünə görə Aynur Elgünəş razılaşdıqları 500 manatı Eldar Namazovdan tələb edir.

Məsələ ilə bağlı Eldar Namazovun fikirlərini öyrəndik.

Bu ittihama cavab vermək zamanıdır

Eldar Namazov deyir ki, bu məsələ ilə bağlı bir neçə dəfə jurnalistlər müraciət etsə də, heç birinə ətraflı cavab verməyib:

"Düşünmüşəm ki, ətraflı cavab verməyim həmin xanım jurnalistin özünün ictimai nüfuzuna xələl gətirə bilər. İctimai-siyasi fəaliyyətə başlayandan bəri jurnalistlərlə sıx təmasdayam, özümün rəhbərlik etdiyim media layihələrində çoxlu jurnalistlə çalışmışam. Ancaq birinci dəfədir ki, mənə qarşı belə bir ittiham səslənir. İttihamlara aydınlıq gətirməliyəm, çünki həmin xanım jurnalist bu fikirləri deməkdən usanmır. Hər dəfə vurğulayır ki, Novxanıda Marşal Fondunun dəstəyi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı keçirilən konfransın stenoqramını mənim tapşırığımla yazıb, ancaq pulunu ala bilmir.

İlk olaraq deyim ki, mən Marşal Fondu ilə heç bir layihə çərçivəsində əməkdaşlıq etməmişəm. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı da heç bir konfrans keçirməmişəm".

Pulu verərəm, amma...

Aynur Elgünəşin iddialarını cavablandıran Eldar Namazov məsələnin əslində necə olmasını da açıqladı:

"2009-cu ildə Novxanıda konfransda olmuşam. Həmin konfransın da nə Marşal Fondu ilə, nə də sərhədlərin açılması məsələsi ilə əlaqəsi var. Biz ora "Azərbaycan cəmiyyətində ziyalıların rolu" mövzusunda toplaşıb müzakirə aparırdıq. Həmin tədbirdə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Mehman Əliyev, Rafiq Əliyev kimi ziyalılar iştirak edib. Ziyalılar Forumunun təsis konfransı keçirilib. Həmin tədbirin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olmasını demək əslində çox şeydən xəbər verir. Bu xəbərsizlik onu göstərir ki, həmin jurnalist xanım o materialları hansı səviyyədə hazırlayıb. Həqiqətən də o tədbiri kitab halına salıb çap etmək fikrimiz olub və bunun üçün 5 nəfərdən ibarət işçi qrupu da yaradılıb. Ancaq sonra elə oldu ki, bu kitab çapı məsələsi alınmadı və Aynur xanımla birgə digər 4 nəfər işsiz qaldı. Biz müxtəlif fondlara müraciət etdik ki, bu kitabın çapına dəstək versinlər. Ancaq bu reallaşmadı".

Aynur Elgünəşin pulunu verməyə hazır olduğunu deyən Eldar Namazov xanım jurnalistə şərt qoydu:

"Bir şeyi də qeyd edim ki, həmin dövrdə Aynur xanımın çalışdığı ictimai təşkilata 2 dəfə kömək etmişəm və həmin ictimai qurumun rəhbəri də Novxanıdakı tədbirin iştirakçısı idi. Həmin vaxt o təklif etmişdi ki, Aynur xanım bu tədbirin stenoqramını yaza bilər. Konfransın üstündən 4 ildən artıq bir vaxt keçib. Bəlkə doğurdan da həmin xanım o yazının üzərində işləyib və təkmilləşdirib. Elə buna görə də mən təklif edirəm ki, Aynur xanım zəhmət çəkib yazdığı və dəyərli ziyalılarımızın çıxışı olan stenoqramı sizə təqdim etsin. Mən sizi əmin edirəm ki, həmin çıxışlar sizin saytda dərc edildikdən 30 dəqiqə sonra xanım jurnalistin pulunu özüm verəcəyəm. Heç bir fond-filan da lazım deyil".

Tarix
2013.11.13 / 17:45
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

Cocuq Mərcanlıda 11 ədəd hərbi sursat tapıldı

10 ayda ölkəmizə 60 minə yaxın iraqlı gəlib

Nazir zorakılığa məruz qalan qadınlara baş çəkdi

Barama Seedstars Cənub-Şərqi Avropa Sammitində

Deputat iraqlı nazirlərlə görüşdü

Sumqayıt yenə ən çirkli şəhər oldu

Bakıda kafedə qadın ofisiantlar arasında dava

“Baksell” “BakuTel 2017”-nin ən orijinal stendi seçildi

Əlavə pul qazanmaq istəyən müəllimlərə - Şad xəbər

Monitorinq insidentsiz başa çatdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla