Yuxarı

“20 Yanvar”da qatar sərnişini vurdu – Yeniləndi/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:47

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

Bu haqda Axar.az-a sərnişinlərdən biri məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

***

Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “20 Yanvar” stansiyasında baş verən hadisə ilə bağlı danışıb.

Onun sözlərinə görə, orta yaşlı qadının təhlükəsizlik xəttini keçərək qatar yoluna çıxması nəticəsində qatar ona dəyib. Nəticədə qadın xəsarət alaraq yıxılıb:

“Hadisə bu gün 10:15-də metronun “20 Yanvar” stansiyasında baş verib. Sərnişin Rəfiqə Adigözəlova adlı orta yaşlı bir qadındır. O, hadisə yerinə təcili tibbi yardım maşını çağırıldıqdan sonra xəstəxanaya aparılıb.

Hazırda onun durumu haqda məlumatımız yoxdur”.

Tarix
2017.04.04 / 13:01
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla