Ana səhifə Toplum |
İslam dünyasında Məhərrəm ayı noyabrın 5-də başlayıb, Aşura günü bu gün - noyabrın 14-nə qeyd olunur.
Əhalinin çox qisminin şiə olduğu ölkəmizdə də Aşura xüsusi qeyd olunur. Özəlliklə Aran rayonlarında, Bakı kəndlərində Aşurayla əlaqədar əzadarlıq mərasimləri keçirilir. Dünən gecə Bakı şiələri İmam Hüseynin şəhid olduğu günü qeyd etmək üçün Bakının Nardaran kəndində yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsinə toplaşmışdı. Azərbaycanın başqa rayonlarından və Bakının ətraf kəndlərindən gələn yüzlərlə müsəlmanın iştirak etdiyi mərasim axşam saatlarında başladı və bu gün saat 12-yə "qətl sınana" qədər davam edəcək. Nardaranda əsasən bu gün səhər baş tutacaq mərasimdə iştirak etmək üçün müsəlmanlar ətraf Bakı kəndlərindən dəstə-dəstə, başlarına yaşıl və ya qara, üzərində "ya Hüseyn" yazısı olan parçalar bağlayaraq piyada, gecədən gəliblər.
Qeyd edək ki, dünən gecə Rəhimə xanım (s.ə) ziyarətgahına getdiyimiz yolda uzun tıxac yaranmışdı, ziyarətgahın ətrafında isə başqa yerlərdən gələn onlarla dilənçi, qaraçı dəstələri vardı.
"Axar.az"ın fotoreportajını sizə təqdim edirik.
Tarix
2013.11.14 / 09:31
|
Müəllif
Nilüfər Muğantürk
|