Yuxarı

Mehman Hüseynov Strasburqa gedə bilməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici tədbirə dəvət alan bloqçu, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı və "Sancaq prodakşn"ın direktoru Mehman Hüseynovun ölkədən çıxmasına icazə verilməyib.

Bu barədə "Axar.az"a tanınmış reportyor özü məlumat verdi. Mehman Hüseynov dedi ki, barəsində cinayət işi açılıb, ona görə də onun ölkədən çıxmasına imkan vermirlər:

"Yaxın günlərdə söz və mətbuat azadlığı ilə bağlı Strasburqda keçiriləcək beynəlxalq tədbirə dəvət almışam. Ancaq ölkədən çıxmağıma imkan vermirlər. Bu artıq neçənci dəfədir ki, xarici ölkələrə getməyimi əngəlləyirlər. Bir neçə dəfə mediadakı fəaliyyətimə görə beynəlxalq mükafat almışam, ancaq heç birində özüm gedə bilməmişəm. Hamısında mənim əvəzimə yaxınlarım iştirak edib və mükafatı alıb".

Xatırladaq ki, Mehman Hüseynov 2012-ci il iyunun 12-də Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və həmin gündən sonra barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix
2013.11.14 / 11:10
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla