Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2017


Məmurun narkoman yeznəsi, dava, 400 minlik toy... – Şok Fakt/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.04.18. 21:36

Əvvəlcə sosial mediada dəbdəbəli toyun videosu yayıldı, onun ardınca isə bu cütlüklərdən biri – gəlin haqda məlumatlar üzə çıxdı.

Maraqlıdır, məmur qızının yanvar ayında baş tutan toy videosunu kim və niyə yaydı?

Bununla bağlı Axar.az-ın kiçik araşdırmasını təqdim edirik:

İlk uğursuz nikah

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Elşən Əsgərli ilə 2012-ci ildə ailə həyatı qurub. E.Əsgərli Aznyus.az-a açıqlamasında deyib ki, bir yerdə ali məktəbdə oxuyublar, həmin vaxt 19 yaşı olub:

“Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Bundan 6 ay sonra Aysel başqası ilə, yəni bugünkü həyat yoldaşı Oqtayla nişanlandı”.

Görünür, bu sitatda bir qədər dəqiqləşmə aparmalı olacağıq. “Toydan 5 il sonra” 2017-ci il edir ki, bu hesabla E.Əsgərli əsgərlikdən gələn il gəlməlidir.

Yəqin ki, E.Əsgərli hansısa tarixi səhv salır.

Elşən Əsgərli qeyd edib ki, Aysellə aralarında olan nikah pozulandan sonra qarşı tərəf ona şər-böhtan ataraq, Əsgərlilər ailəsini əxlaqsızlıqda ittiham edib:

"Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır”.

Əsgərli Elşən eks-qayınatası Qüdrət Şükürovu dövlət əmlakını mənimsəməkdə ittiham edib:

"Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı "Porşe” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir "alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb”.

Amma əlbəttə ki, 2012-ci ildə bu rüşvətxor məmurun qızını alanda E.Əsgərli heç də indiki qədər narahat olmayıb. Demək, ortada ədalət yox, qisas məsələsi var. Qisas hardan başlayır?

Sosial hesabdan başlayan dava

Bu mübahisə artıq bir neçə gündür ki, İnstaqramda başlayıb. Sosial şəbəkədə açılan hesabda yerləşdirilən fotolarda E.Əsgərli və onun bacısı Ayseli ittiham edib. E.Əsgərlinin bacısı keçmiş gəlinlərini 3 dəfə nişanlanmaqda, 2 dəfə ərə getməkdə, atasının puluna görə qudurmaqda və s. suçlayıb.

Aysel də borclu qalmayıb, özünün dediyi kimi, ailə həyatlarının dağılmasının baiskarının Elşən olduğunu, onun narkotikə qurşandığını, narkoman kimi bir neçə dəfə ələ keçdiyini və onda bununla bağlı “dəlil-sübutlar” olduğunu qeyd edib.

Ayselin iddiasına görə, Elşən dəfələrlə ona mesajlar göndərərək, geri dönməsi üçün yalvarıb, o isə “canımızı zorla qurtarmışıq sizdən” deyə imtina edib.

Mübahisə gərginləşib və iş hətta polisə qədər gedib çıxıb.

Oqtay Elşəni niyə polisə verib?

Ayselin iddiasına görə, Elşən onun ikinci həyat yoldaşı Oqtayın üzərinə 4 nəfərlə davaya gəlib. Buna görə də Oqtay polisə müraciət edib. Hazırda işin 16-cı polis bölməsində olduğu da qeyd edilib.

Aysel ona qarşı irəli sürülən ittihamları bu cür cavablandırıb: “Əgər pozğun, əxlaqsız idimsə, yaxşı kişi pozğunu öldürərdi, daha deməzdi ki, uşaq məndən deyil…”.

Qeyd edək ki, Aysel hazırda birinci həyat yoldaşından olan 3 yaşlı oğlunun əvvəlki ailəsi tərəfindən baxımsız qaldığını da bildirib.

Ayselin ikinci toyu ilə başlayan qovğa

İddiaya görə, hər şey əslində Ayselin ikinci dəfə ailə qurmasından sonra başlayıb. E.Əsgərli keçmiş həyat yoldaşının qayıtmayacağına əmin olduqdan sonra münasibtlər kəskinləşib, bir-birlərinə qarşı ittihamlar getdikcə böyüyüb və sosial şəbəkələrə yayılıb.

Ayselin hazırkı həyat yoldaşının isə "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğlu Oqtay olduğu bildirilir. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Musavat.com bu barədə xəbər yayıb. Sayt qeyd edib ki, Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır.

Daha bir yanlışlıq?

Qeyd edək ki, “400 minlik dəbdəbəli toy” Ayselin ikinci ailə həyatını əks etdirir. Ancaq maraqlıdır ki, yayılan videoda heç də “400 minlik” iddiası əksini tapmayıb.

Bununla bağlı da Aysel status paylaşıb. Profilinin keçmiş əri tərəfindən oğurlandığına eyham vuran Aysel toyu onun atasının yox, qayınatasının etdiyini bildirib və bunun sübutu kimi toy dəvətnaməsini paylaşıb.

Maraqlıdır ki, toy dəvətnaməsində Oqtayın atası kimi “Polad Əhmədov” adı yazılıb. Yəni Oqtay Polad oğlu Əhmədovdur, Roman Əmircanovun oğlu deyil...

***

Bir neçə dəqiqə öncə sosial şəbəkədə "canlı yayıma" çıxan Elşən Əsgərli keçmiş xanımını ən ağır sözlərlə təhqir edib və əxlaqdan kənar ifadələrlə oğlunun fotosunu paylaşıb.

(Skrinlər və fotolar əlavə edilir).

Tarix
2017.04.19 / 00:54
Müəllif
Kamran Ədalət
Oxunub
12 500
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kredit borcu olanlar fitrə verə bilər? - Video

Tanınmış xanımlarımız Zaxarovanı susdura bilərmi?

Azərbaycan Ermənistanda sement istehsalını iflic etdi

İcra başçısının oğluna vəzifə verildi

Ramazan ayı nə vaxt bitir?

Bakı ən ucuz şəhərlər sırasındadır - Reytinq

Gömrükçülər arasında mühüm görüş - Dərbənddə

Bakıda zahıya səhv qan köçürdülər - Foto

Zakir Həsənov hərbçilərə "polkovnik" rütbəsi verdi - Foto

Bakı heyranedici şəhərdir - Ekklstoun

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla