Yuxarı

Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub. Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.

Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:

“Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq”.

Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur.

Elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası nədir?

Hərbi ekspert Rəşad Süleymanov Azvision.az-a bildirib ki, elektromaqnit impuls qurğusu radioelektron mübarizə sistemidir. Onun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində belə məhsul yaradılır:

“Bunun ilk nümunəsi ötən ilin sentyabr ayında ADEX-2016 sərgisində nümayiş etdirilib. Nazirliyin elmi-tədqiqat institutu həm GSM dalğalarını, həm də GPS sistemini bloklayan sistemi nümayiş etdirdi. Radioelektron mübarizə sistemlərinin yaradılması çox ciddi məsələdir. Bu, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Dünyada radioelektron mübarizə sistemlərini hərbi sənayesi kifayət qədər inkişaf etmiş ölkələr istehsal edir. İstehsal edən ölkələrin çoxu buradakı kodları vermir. Çünki o kodları verəcəyi ölkə bunu dəyişə bilər və ya öz kodlarını əlavə edə bilər. Ona görə də bu sahədə milli sistemlərin yaradılması vacibdir. Çünki müharibələr getdikcə kontaksız savaşa keçir. Bu sistemlər döyüş əməliyyatlarından öncə düşmənin bütün cihazlarını, texnikasını sıradan çıxarmağa imkan verir. Həmçinin bu sistem siqnalla işləyən partlayıcıları da bloklayır, pilotsuz uçuş aparatlarını sıradan çıxarır. Bu sistemin yerli müəssisələrdə yaradılması Azərbaycanın irəli gələn tələblərindən asılıdır”.

Hərbi ekspert qeyd edib ki, radioelektron mübarizə sistemləri müasir müharibələrdə mühüm əhəmiyyət kəsb edir.

“1991-ci ildə “Səhrada tufan” əməliyyatı, 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsində, həmçinin Liviyaya NATO qoşunlarının müdaxiləsində radioelektron mübarizə sistemlərindən geniş istifadə olunub. Ukraynadakı lokal münaqişədə, Suriyada döyüş əməliyyatlarında bənzər sistemlərdən geniş istifadə olunub. Həmçinin Türkiyə Suriyaya qoşun yeridərkən ASELSAN şirkətinin “Koral” radioelektron mübarizə sistemindən istifadə etmişdi. Bu sistemlər düşmənin radioelektron mübarizə vasitəsini, radiorabitəsini, radarlarını, naviqasiya sisteminin və eləcə də bu kimi texnologiyalarla çalışan texnikalarını sıradan çıxarmaq gücünə malikdir. Onun vasitəsilə hava hücumundan mübarizə sistemlərinin çaşdırılması və yaddaş sisteminin qarışdırılması mümkündür. GPS naviqasiya sistemini blokladığımız zaman helikopterlər və təyyarələr bundan istifdə edə bilmir. Həmçinin bu sistemdən istifadə edən müasir texnikaların hamısı fəaliyyətsiz vasitəyə çevrilir”.

R.Süleymanov sərhədyanı dövlətlərin hər birinin, Rusiyanın xüsusilə bu sistemə diqqət yetirdiyini deyib:

“Rusiya həm Cənubi Qafqaz, həm də Şimali Qafqazda yerləşən birləşmələrinin arsenalında radioelektron mübarizə vasitələri yerləşdirib. Bunlar uzaq məsafədən istənilən ağıllı texnikaları, radioelektron vasitələri, telefon sistemlərini sıradan çıxarmağı bacarır. Bu da döyüş zamanı idarəetməni sıradan çıxarır və nəticə etibarı ilə döyüşən bölmələr arasında rabitə əlaqəsi itir. Texnikalar heç bir işə yaramır”.

Hərbi ekspert vurğulayıb ki, yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ilə Azərbaycan bu sahədə ixtisaslaşmış azsaylı ölkələrdən biri olacaq:

“1999-ci ildə Yuqaslaviya müharibəsində ABŞ ordusu radioelektron mübarizə funksiyasını yerinə yetirən AWACS təyyarəsindən istifadə etmişdi. Bu, Yuqaslaviyanın elektron sistemlərini, radalarını sıradan çıxarmışdı. Eyni zamanda qrafit bombaları tətbiq edildi. Bu bombalar ərazidə ildırım çaxmasına bənzər effekt verir. Bu bombaların partlaması zamanı impulslar elektrik enerjisi sistemini və teleötürücü stansiyanı sıradan çıxarır.

Bu elektron cihazları sıradan çıxaran ixtisaslaşmış texnologiyadır. Biz bu sahədə nailiyyət əldə edəriksə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi dünyanın azsaylı belə texnologiyalara malik olan ölkələrindən birinə çevriləcək. Bu, bizim üçün olduqca önəmlidir. Bu sistemlərdən istifadə qarşı tərəfdə iflic vəziyyəti yaradır. Qarabağda Sərsəng elektrik stansiyası üzərində impulslu elektromaqnit şüa verən aviasiya bombasını partlatmaq kifayətdir ki, bununla Dağlıq Qarabağ zülmətə qərq olsun. Bu, çox müasir bir cihazdır və olması vacibdir. Hazırda çox az ölkə bunu istehsal edir”.

Tarix
2017.04.19 / 14:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla