Yuxarı

Bakıda Aşura mərasimində faciə: İki azyaşlı qız ölüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda faciəli hadisə baş verib.

"Axar.az"ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Maştağa qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyi "Mercedes" markalı maşınla azyaşlılar Aytac Vüqar qızı Məmmədovanı və Jalə Elmar qızı Muradovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüblər.

Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən azyaşlılar və sürücü ötən gecə Maştağa qəsəbəsindəki məsciddə keçirilən Aşura mərasimlərinə qatılıblarmış. Hadisə də səhər saatlarında, məscidə toplaşan adamlar dağılışan zaman qeydə alınıb. Sürücü hadisəni yuxulu olduğu üçün törətdiyini bildirib ("APA").

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Tarix
2013.11.14 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla