Yuxarı

Gömrük xidməti rəhbərlərinin konfransı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin konfransı işə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, konfransdan öncə əlaqələndirici şuranın iclası keçirilib.

İclasdan əvvəl isə Azərbaycan Respublikası DGK sədri Aydın Əliyev Türkiyə, Rusiya, İsrail, Latviya və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Rusiya tərəfi ilə görüşdə iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın perspektivlərinə toxunulub, eyni zamanda, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının “yaşıl dəhliz” vasitəsilə daşınmasının daha da sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə, İsrail, Latviya və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlərdə gömrük sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.04.20 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla