Yuxarı

İrəvanın 10 minə cəbhədə ölməyə əsgər axtarışının – Səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Müdafiə Nazirliyinin ön cəbhədəki əsgər çatışmazlığının qarşısını almaq üçün “10 min dollar ölüm” təklifini şərh edərkən yazıb. Siyasi şərhçi bunun obyektiv səbəblərinin olduğunu bildirib:

“Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər.

İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər. Ermənistan Müdafiə naziri Viqen Sərkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: “Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək”. Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?”

Politoloq bir məqama diqqət yetirməyi lazım bilib:

“Azərbaycanın insani potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur. Aprel döyüşləri də göstərdi ki, az qala bütün əhali döyüşə atılmaq istəyir”.

Tarix
2017.04.21 / 10:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla