Yuxarı

Abituriyentlərin nəzərinə: Bu da pullu oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər:

"Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.

Direktorlar Şurasının sədri elmi və ya hüquqi müstəvidə gedən müzakirələrə hər zaman açıq olduqlarını, lakin müzakirələr siyasi müstəviyə keçiriləndə ona qatılmadıqlarını vurğulayıb:

“2014-cu ildə monitorinq imtahanlarına aid olan elmi-statistik təhlil ictimaiyyətə təqdim edildi. Ondan sonra gözləyirdim ki, hansısa elmi müzakirələr aparılacaq. Çox təəssüflər olsun ki, təqdim etdiyimiz elmi-metodiki işin nəticələri elmi müzakirələrə yox, hansısa ayrı müstəviyə keçib, siyasi bir müzakirələrə çevrildi. Bunun günahkarı biz deyilik. Yalnız mütəxəssislərlə elmi müstəvidə müzakirələr aparmağın tərəfdarıyıq. Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq. Elmi müstəvidə müzakirə təqdim edirəm, amma təəssüf ki, məni siyasi müstəviyə çəkirlər. Biz elmi araşdırmalarımızı aparıb, ictimaiyyətə təqdim edirik. İctimaiyyət bunu necə qiymətləndirir, bu, artıq ayrı məsələdir”.

Tarix
2017.04.21 / 16:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla