Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 May 2017


1 milyon dollar qazanmaq üçün əla fürsət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal Seedstars World müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir.

Axar.az xəbər verir ki, 3 may 2017-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azərsell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək. Müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Bu müsabiqəyə qatılmaq arzusunda olanlar https://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.

Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, “Seedstars World” ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.

“Seedstars World” Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və “Seedstars” səfiri İmran Bağırov bildirib ki,”Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır. Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.

Tarix
2017.04.21 / 16:42
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ramazanın ilk 3 günündə bunları yemək olmaz- Əks halda...

İl boyu içki içib, Ramazanda oruc tutmaq olar?

Beşmərtəbə dairəsi ləğv edildi - Xəritə

Cocuq Mərcanlıda tank əleyhinə mina tapıldı

MN snayperlərin atış bacarıqlarını yoxlayır

Taktiki-xüsusi təlim keçirildi - MN

Füzuli, Cəbrayıl və Mingəçevirdə əməliyyat

Bakıda oteldə faciə: 1 ölü, 1 yaralı

Neft Daşlarına gedən helikopter məcburi eniş etdi

“Azərsell”dən kampaniya – Sərfəli Ayfon-6

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla