Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2017


“Gündəlik həyatımızda buna ciddi önəm verməliyik”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tibb Universitetində gənclərlə görüşüb və onları sosial mediada Qarabağ həqiqətlərinin yayılmasında fəal olmağa çağırıb.

Axar.az xəbər verir ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili qadınların cəmiyyətdəki rolundan danışıb.

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində dövlət siyasətinin önəmini vurğulayan millət vəkili Azərbaycanda bu istiqamətdə əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib:

“Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat bu sahəyə daha həssas yanaşmalı, ciddi mövqe tutmalı və maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

Q.Paşayeva bildirib ki, ölkəmizin inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Gənclərin savadlı, təhsilli, elmə və kitaba meyilli olması əsas şərtdir. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir”.

Tarix
2017.04.21 / 17:57
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanıldı - Foto

Abituriyentlərə müjdə: Gələn ildən...

"Azərsell"dən yeni "Ayfon" kampaniyası

MM reklamla bağlı cərimə təklifini qəbul etdi

"Nar"dan yenilənmiş "Günlük" paketləri

Kamran Əliyev: Sükan arxasında söhbətə görə cərimə...

Azərbaycanda yeni şəlalə aşkarlandı

Bu tarixi şəxslərə abidə qoyulsun - Deputat

Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır

Milli Məclisdən vəkillərə “yaşıl işıq” - Qadağa olmayacaq

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla