Yuxarı

Cocuq Mərcanlıda axtarış: 1397 qəlpə, raket və mina - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 21-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1397 qəlpə, 1 ədəd 70 millimetrlik tank əleyhinə “PQ-7VM” raketi və 1 tank əleyhinə “TM-57” minası aşkar ediblər. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 57 min 559 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, 63 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi doqquz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 103 min 746 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 21-dək 5133 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 162 min 430 kvadratmetr ərazi yoxlanılıb.

Tarix
2017.04.21 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla