Yuxarı

Telefonunuza belə mesaj gələrkən aldanmayın - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar mobil telefon dələduzlarının sayı artıb. Söhbət vətəndaşları aldadaraq guya onların balansına vəsait yükləndiyini deyib və vəsaiti geri yükləməyi xahiş edənlərdən gedir.

Xəzər TV xəbər verir ki, əvvəl tanımadığınz bir nömrədən sizin balansınıza hər hansı bir məbləğin yüklənməsi ilə bağlı mesaj gəlir. Sonra isə bir nəfər zəng edərək səhvən sizin balansınıza pul yüklədiyini deyib pulu qaytarmağı xahiş edir. Əslində isə heç bir pul filan yüklənmir.

Bunun fırıldaq olduğu üzə çıxandan sonra isə nömrənin sahibi telefonu söndürüb və zənglərə cavab verməyib. Burada əsas diqqət yetirilməli məqam odur ki, əgər balansınıza məbləğ yüklənirsə, gələn mesaj hansısa bir şəxsdən yox, mobil operatorlardan gəlməlidir. Digər tərəfdən, dərhal balansınızı yoxlayaraq bunun fırıldaq olub-olmadığını da müəyyənləşdirə bilərsiz.

Dələduzluğun qurbanı olan şəxslər isə öz hüquqlarını bərpa edə bilər. Çünki həmin əməli törətmiş şəxslər barəsində qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Əgər dəymiş zərər 100 manatdan artıq olarsa, bu zaman bunu törədən şəxsi 100 manatdan 700 manatdək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Tarix
2017.04.21 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla