Yuxarı

Azərbaycanda yük daşımaları artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin birinci rübündə Azərbaycanda nəqliyyat sektoru ilə 49,6 milyon ton yük daşınıb. Bu 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Trend xəbər verir ki, yanvar-mart aylarında daşınan yüklərin 77,3 faizi özəl sektorun payına düşür. Bütün yüklərin 58 faizi avtomobil nəqliyyatı ilə, 29,9 faizi boru kəməri, 8,1 faizi dəmir yolu, 3,9 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Bu ilin ilk üç ayı ərzində 448,2 milyon nəfər sərnişin daşınıb. Bu isə ötənilki göstəricidən 2,5 faiz çoxdur. Sərnişin daşımalarının 87,4 faizi avtomobil nəqliyyatının, 12,4 faizi metropolitenin payına düşüb.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 4 milyon ton yük daşınıb, bu ötən ilin ilk 3 ayı ilə müqayisədə 16,5 faiz çoxdur.

Dəniz nəqliyyatı ilə 1,92 milyon ton yük daşınıb. Bu, ötənilki göstəricidən 52,3 faiz çoxdur.

Eyni dövrdə avtomobil nəqliyyatı ilə 28,8 milyon ton yük daşınıb ki, bu da ötənilki göstəricini 2,3 faiz üstələyir.

2017-ci ilin birinci rübündə avtomobil nəqliyyatı ilə 391,8 milyon nəfər sərnişin daşınıb. Bu 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Sərnişin daşımalarının 96,1 faizi avtobus, 3,9 faizi minik avtomobillərinin payına düşüb.

Metropolitenlə sərnişin daşımaları 2016-cı ilin ilk üç ayı ilə müqayisədə 6,1 faiz artaraq 55,4 milyon nəfər təşkil edib.

Hava nəqliyyatı ilə 440,7 min sərnişin daşınıb ki, bu da ötən illə müqayisədə 25,7 faiz çoxdur.

Tarix
2017.04.23 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla