Yuxarı

Sərnişinlər niyə avtobusdan sallaşmağa məcbur olur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtobus çoxdursa, bəs niyə sərnişinlər qapılardan sallana-sallana gedir?

Bakıətrafı qəsəbələrdə sərnişin avtobusları ilə bağlı vəziyyətin bərbad olduğunu deyən Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli avtobus sürücülərinin kənd camaatından narazılıq etdiyini bildirib: "Sürücülər mənə deyir ki, biz qapını bağlayırıq, axşamlar avtobusa daş atırlar, bizi döyürlər, kənd camaatından qorxuruq və məcburən qapıları açıq sürürük.

Hamı məsuliyyəti tam olaraq sürücülərin boynuna qoyur. İndi mən sual verirəm; sərnişin bilmir ki, o avtobusa minsə, qapı açıq qalacaq və o, yolboyu sallana-sallana gedəcək?!” V.Kərimli avtobusu qapısı açıq vəziyyətdə idarə edən sürücüləri də "adrenalin axtaranlar” adlandırıb.

Paytaxtın mərkəzi hissələrini çıxmaq şərtilə ətraf ərazilərdə ictimai nəqliyyatın acınacaqlı vəziyyətdə olduğu onsuz da hər kəsə bəllidir. Örnəyi, metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısından Yeni Günəşli istiqamətində hərəkət edən 50 və 64 saylı xətt avtobuslarıdır. İş saatının başlanma və bitmə vaxtlarında metro istiqamətində və metrodan Yeni Günəşli istiqamətində sıxlıq böyük olur.

Səhərlər bəzən yarım saat dayanacaqda dayanıb gözləməli olursan ki, salonunda sərnişin seyrəkliyi olan bir avtobus gəlsin ki, minib metroya çatasan. Avtobuslar dolu olduğundan dayanacaqda heç saxlamırlar da. Eyni vəziyyət iş saatının bitmə müddətində də yaşanır. Bu zaman metrodan çıxmış sərnişinlərin avtobusa minmək uğrunda çabaları əsl "qladiator döyüşü”nü xatırladır. Kimin qolu zorludursa, özünü irəli verib avtobusa minə bilir. BNA-nın direktoruna da sual vermək lazımdı ki, sizcə, sərnişin salonu seyrək, sərnişini çox olmayan avtobusu gözləmək üçün dayanacaqda neçə dəqiqə (bəlkə də saat) dayanmalıdır?

Günün "pik” saatlarında ictimai nəqliyyatda basabas yaranması gözlənilməz bir hal deyil. BNA-nın baş direktoru Bakıda 2100 avtobus olmasını dünyanın digər böyük şəhərləri ilə müqayisədə çox böyük rəqəm hesab edir. Maraqlıdır, hardadır, bu 2100 avtobus? Avtobuslar çoxdursa, ehtiyac olan xətlərə göndərsinlər.

Paytaxtın ictimai nəqliyyatında problemlərin bitib-tükənməməsi ilə bağlı "Şərq”ə danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, sərnişindaşımada düzgün mexanizmlər tətbiq edilmir:

- Əsas problem ictimai nəqliyyatın düzgün idarə olunmamasındadır. Çünki sərnişindaşıma ilə bağlı düzgün mexanizmlər işlənib hazırlanmır. Doğrudur, Bakıda avtobus çoxdur. Bəs niyə yenə sıxlıq yaşanır, sərnişinlər qapılardan sallana-sallana gedir? Deməli, düzgün qurulmayan mexanizmlər var. Maştağa qəsəbəsinə sutka ərzində 10 avtobus işləyir, amma Yasamal, Səbail, 8-ci mikrorayon və s. ərazilərə 20 avtobus. Bunun səbəbi odur ki, sərnişin sıxlığı düzgün öyrənilmir. Hansı saatda harada sıxlıq yaşanır, ictimai nəqliyyat buna uyğun qurulmalıdır. Digər bir səbəb, paytaxtda alternativ ictimai nəqliyyat növlərinin olmamasıdır. Bir metrodur, bir də avtobuslar. Türkiyədə tramvay da var, metrobuslar da var.

Hansı ki, bu nəqliyyat növləri tıxacda qalmadan sığortalanıb. Çünki onların yoluna başqa heç bir nəqliyyat növü daxil ola bilmir. Şərqi Avropa ölkələrində tramvaylar da var, trolleybuslar da. Bu nəqliyyat növləri də həm sərfəlidir, həm də rahatdır. Ekoloji cəhətdən də təmizdir. Nə benzinlə işləyirlər, nə yanacaqla. Bizdə isə bu nəqliyyat növləri hamısı ləğv edildi, qaldı bircə avtobuslar. Yol infrastrukturu da çox yerdə düzgün qurulmadığından avtobusların hərəkətində gecikmələr də olur, tıxaca da düşürlər, sərnişin sıxlığı da yaşanır. Sürücülər də uzaq məsafələrə qəpik-quruşa işləmək istəmir. Bəzən avtobuslar eyni məsafəni iki dəfə təkrar qət edir. "Xalqlar dostluğu” tərəfdə də belədir, "Koroğlu” stansiyası tərəfdə də. Avtobus 5 dəqiqəyə qət edə biləcəyi yolu, dairəvi manevrlər etmək, geriyə dönüş hərəkətləri sayəsində 15-20 dəqiqəyə gedir. Bu nəyə lazımdır? Dünyada qəbul olunmuş praktika mövcuddur. Avtobuslara bəzi yollarda yol hərəkəti qaydasını pozaraq dönmələrə icazə verilir. Bunu tıxaclardan yayınmaq və sərnişinləri vaxtında, təhlükəsiz mənzil başına çatdırmaq naminə edirlər. Qaldı ki, avtobuslara daş atılmasına, məncə, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Burada konkret xuliqanlıq əməli var.

Şərq.az

Tarix
2017.04.23 / 18:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla