Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Avqust 2018


Türkiyədə rəsmilərin iştirakıyla ilk Aşura və Azəri əzadarlar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hal-hazırda Məhəmməd peyğəmbərin (s.ə.s) nəvəsi Hz.Hüseynin Kərbəlada şəhid edilməsinin 1374-cü ili ilə bağlı Türkiyənin Halkalı bölgəsindəki "Arena Mega"da təşkil keçirilir.

"Cəfərilik İnancını Tanıtma", "Araşdırma və Təhsil Dərnəyi" (CAFERİDER) tərəfindən təşkil edilən "Ənənəvi Aşura Matəm Mərasimi" Qurani-Kərimin avazla oxunmasıyla başlayıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimə TBMM başqanı Cəmil Çiçək, CHP-dən Kamal Kılıçdaroğlu, İstanbul meri Hüseyn Avni Mutlu, MHP-dən Atilla Kaya, Türkiyə Cəfərilərinin lideri Səlahətdin Özgündüz, İrandan da səlahiyyətli nümayəndələr və bizim üçün ən maraqlısı... Videodan da göründüyü kimi Azərbaycandan "Hz.İmam Hüseyn Dəstəsi" iştirak edir, əllərdə Azərbaycan bayrağı dalğalanır, dilimizdə mərsiyələr səsləndirilir.

Meydan dolub-daşır

"Arena Mega"nın qarşısındakı hovuzun suyunu Kərbəlada tökülən qanı simvolizə etməsi üçün qırmızı rəngə boyayıblar.

Qapıların açılmasıyla qısa müddətdə 10 min şəxs "Arena Mega"ya doluşub. Arenaya daxil ola bilməyənlər isə mərasimi bayırdan izləyib. Yeri gəlmişkən, bu il Türkiyədə birinci dəfədir ki, Aşura mərasimi qapalı məkanda keçirilir.

Ölkəmizdə olduğu kimi, Türkiyədə də mərasimdə iştirak etmək üçün səhər erkəndən ölkə daxili və xaricdən mərasim keçiriləcək meydana gələnlər, "Ya Hüseyn", "Ya Zeynəb", "Hər gün Aşura, hər yer Kərbəla" şəklində şüarlar səsləndirirlər.

İştirakçılar, "Ləbbeyk ya Hüseyn" şəklindəki şüarların sədası altında gözyaşı töküblər. Əllərini sinələrinə vuran izdiham, oxunan mərsiyələri və duaları bir ağızdan təkrar ediblər.

Mərasim keçirilən arenada "Qırmızı Aypara Cəmiyyəti" də "Qan ver, həyat qurtar" şüarı altında qanvermə aksiyası təşkil edib.

Meydan ətrafında yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.

Tarix
2013.11.14 / 13:58
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı metrosunda yuxuya gedən şəxsi soydular - Foto

Bakının bu ərazilərində qaz təchizatında fasilə olacaq

DİM jurnalistlərə müraciət etdi: Saxtakarlıq...

DİM bu abituriyentlərlə bağlı məlumat yaydı

İlham Əliyev onlara general rütbəsi verdi - 4 sərəncam

Bakıda dayanacağın ətrafına çəkilmiş hasar söküldü - Foto

Bu türk oyununu yaşatmaq gözəldir – Millət vəkili

"Bilə-bilə ki, bu, Rusiyanın layihəsidir, gedib ora qoşuldular"

Abituriyentlərin nəzərinə: bu yerlərə ixtisas seçimi başladı

Nazir sabiq direktoru geri qaytardı - Təyinat

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla