Yuxarı

200-dən çox neftçi təxliyə olundu – Hava şəraiti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə SOCAR-ın "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.

"Azneft"dən APA-ya verilən məlumata görə, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər yaşayış məntəqəsinə təxliyə olunacaq.

Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Tarix
2017.04.24 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla