Yuxarı

Onlara 350 min verdim – “MTN işi”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş, Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov ifadə verib.

Ramazan Hüseynov bildirib ki, pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verib.

Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu müəyyən edilib. Zərərçəkmiş həmin məsələyə belə münasibət bildirib: "Ifadəmi oxumadan imzaladım, bəzi hissələri müstəntiq mənim adımdan yazıb".

Ramazan Hüseynov Sübahir Qurbanovu tanımadığını, ona pul vermədiyini bildirib. O, ifadəsində MTN əməkdaşlarına 450 min manat verdiyini deyib.

Ramazan Hüseynov istintaq zamanı üç dəfə ifadəsini dəyişib. O, əvvəlcə pulu MTN əməkdaşı Nazim Nəsibova, ikinci dəfə Akif Çovdarova verdiyini bildirib. Zərərçəkmiş üçüncü dəfə başqa formada ifadə verib.

Proses günün ikinci yarısında davam edəcək.

Tarix
2017.04.25 / 15:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla