Yuxarı

Bu nəhəng trafiki pula necə çevirmək olar? - Yubilyar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair və jurnalist Zahir Əzəmət bu gün özünün və rəhbəri olduğu “Qaynarinfo.az” saytının ad günlərini qeyd edir.

Z.Əzəmətin bu münasibətlə Kult.az-a müsahibəsini təqdim edirik:

- Öz ad günündə doğulan “Qaynarinfo” artıq 10 yaşını tamamladı. Hansı hissləri keçirirsən?

- İkiqat bayramdır, xoşdur. Amma 42 dəfə ad günü görmək artıq onun adiləşməsidir. “Qaynarinfo”nun 10 yaşını tamamlaması isə daha önəmlidir mənimçün. Amma həm də qayğılandırır. Əslində, hər şey indi başlayır. İndi daha böyük məsuliyyət var üzərimizdə. Sonrakı illər üçün aydın strategiyamız olmalıdır. 3 min xəbər saytı var və biz bu saytların içərisində həm mövqeyimizi qorumalı, həm də böyüməyə davam etməliyik. Şərtlər əvvəlki illərdən daha ağırdır.

- “Qaynarinfo” fəaliyyətə başlayanda ölkədə demək olar ki, elektron media yox dərəcəsində idi, sən lahiyələrinlə ilklərə imza atmısan. Bu “ilkin”i böyütməkdə çətinliyin çoxmu oldu?

- İlk bir neçə ili ümumiyyətlə heç bir gəlir və maddi-texniki resurs olmadan çalışdıq. Entuziazm, könüllük və böyük zəhmət hesabına ayaqda qaldıq. Ofissiz çalışdığımız vaxtlar da az olmadı. Kənar təsirlər də çox idi. Amma biz bunları oxucuya hiss etdirməməyə çalışdıq. Bütün problemlərə rəğmən, biz ayaqda qalmağı və saytın fasiləsiz iş rejimini təmin etməyi bacardıq. Bu gün “Qaynarinfo” özü-özünü saxlamağa yetərli bir strukturdur. Normal reklam gəlirlərimiz var, digər fərqli və gəlir gətirən internet layihələrimiz fəaliyyətə başlayıb. Amma biz daha böyük hədəflər haqqında düşünməkdən də qalmırıq.

- Səni qane etməyəcək nələr var?

- Bu gün internet mediasının ortaq problemləri çoxdur. Hamımız aşağı-yuxarı eyni problemləri yaşayırıq. Əksər saytların tərzi eynidir. Başlıq tipindən tutmuş yazı üslubuna və məzmuna qədər. Bir çox hallarda hətta texniki məsələlər və tərtibat da oxşardır. Bütün bunlardan danışanda isə səbəb kimi eyni şeyi göstəririk: “Pul və reklam yoxdur”. Amma pul olsa, nə dəyişəcək ki? Öncə yanaşmamızı dəyişməliyik. Maddi sıxıntı və asılılıqdan qurtulmağın daha sivil yollarını axtarmalıyıq. Bəlkə də saytlarımızın idarəetməsinə menecerlər, marketoloqlar cəlb etməliyik. Gücümüzü daxili potensialımızın kəşfinə yönəltməliyik. Əgər bir sayta gündə 50-100 min arası oxucu girirsə, deməli o, yalnız bir xəbər saytı deyil, həm də ölkənin, hətta bütün Qafqazın ən böyük bazar yeri, virtual ticarət mərkəzi, insanların könüllü toplaşdığı bir qovşaqdır. Bəs bu böyük axından necə yararlanmalı? Bu nəhəng trafiki necə pula çevirməli? Bizim əsas səhvimiz həm də odur ki, “hər şeyi hamıdan yaxşı bilirəm” qənaətindəyik. Halbuki bu işi daha yaxşı bacara biləcək menecerlər var, onları cəlb etməli və çıxış yolu axtarmalıyıq. Jurnalistin işi yazı yazmaqdır, amma bir saytın əməkdaşlarının daha böyük qismini dizaynerlər, proqramçılar, marketololqar təşkil etməlidir. Biznes struktura çevrilməliyik. Yenilənmək və fərq yaratmağın zamanıdır artıq. Yeni tendensiyalarla ayaqlaşmaq lazımdır.

- Dəyişiklik istəyən Zahir Əzəmət nələri dəyişir?

- Hazırda saytımızda mühasibatlıqdan tutmuş tərtibat və kollektivə qədər, böyük bir dəyişiklik gedir. İlin sonuna qədər tam fərqli səviyyə və keyfiyyət formalaşdırmaq hədəfindəyik. Xeyli yeniliklərin tətbiqinə hazırlaşırıq ki, onların bir çoxu bizim internet bazarı üçün yeni olacaq. Artıq may ayından bu dəyişikliklər hiss olunacaq. Komandaya xeyli gənc və enerjili uşaqlar cəlb etmişik. Sözün əsl mənasında, qaynar bir iş rejimimiz var. Son aylar ümumiyyətlə hər gün, az qala, 18-20 saat çalışıram. Hesab edirəm ki, tezliklə bu zəhmətin bəhrəsini hiss edəcəyik.

- Səni və kollektivini bir daha təbrik edir, uğurlar arzu edirəm.

- Var olun, necə deyərlər, başınıza gəlsin...

Tarix
2017.04.25 / 17:42
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla