Yuxarı

Bakıda erməni saxtakarlıqları ifşa olundu - Konfrans

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən agentliyin sədri Kamran İmanov bildirib ki, bu, UNESCO-nun elan etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş silsilə tədbirlərdən biridir.

O qeyd edib ki, məqsəd hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir: "Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasını davam etdirən yığıncağa çevriləcək. Çünki erməniçilik “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi” ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyllidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” əldə etməkdir. Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünya görüşünü müəyyənləşdirir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur".

Konfransda çıxış edən millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, erməni yalanları və uydurmaları bu günün, dünənin faktı deyil: "Beynəlxalq aləmdə erməni yalanlarına uyan və onların mənafeyini müdafiə edən qüvvələrin təsiri altında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmır. Böyük cəsarətlə demək olar ki, ermənilərin məqsədi yeni dünya müharibəsi yaratmaqdır. Qarabağ heç vaxt ermənilərin olmayıb. Ermənilər həmişə o torpaqlarda baş verən münaqişə və müharibələrin əsas səbəbkarı olublar. Gənc nəsil bilməlidir ki, erməni təbliğatı tarixən də, bu gün də nə qədər anti-bəşəri, anti-sülh, anti-tərəqqi olub".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, millət vəkili Hikmət Babaoğlu və başqaları tədbirin əhəmiyyətindən, ermənilərin tarixən Azərbaycanın maddi-mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi özününküləşdirmə siyasətindən danışıblar.

Tədbir məruzələrlə davam edib.

Tarix
2017.04.26 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla