Yuxarı

Xəbərdarlıq olunmadan qaz, su və işıq kəsilə bilər? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Günə doğru” verilişində qazın, suyun və işığın nə zaman kəsilə bilməsi haqda reportaj yayımlanıb.

Kommunal xidmət haqlarının ödənilməsi zamanı bəzən çətinliklər meydana çıxır. Bu hallara mexaniki sayğaclar olan mənzil, fərdi ev və obyektlərdə daha çox rast gəlinir. Hər ay vətəndaşlara sərfiyyata dair qəbzlər verildiyi halda bəzən ödənişlərin gecikdirilməsi və borcların yığılıb qalması halları qeydə alınır.

Kommunal xidmət haqları ilə bağlı bəzi abonentlər bildirişlərin paylanmasına, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, borclarını ödəmirlər. Nəticədə də müvafiq qurum həmin abonentin evinə qazın, işığı və ya suyun verilməsini dayandırır. Məsələn, təbii qazın pulu ödənilmədikdə əraziyə gələn müvafiq qaz qəza xidməti qaynaq vasitəsilə kəsim aparır. Cənub rayonlarında təbii qaza görə əhali sektoru üzrə debitor borc 9 milyon manatdan yuxarıdır. Qeyri-əhali sektoru üzrə bu rəqəm 1 milyon 200-mini keçib.

Qənimət (Səmədov Lənkəran Regional Qİİ-nin rəis müavini): "400 manatdan yuxarı 5 mindən çox abonentdə debitor borc var. 10 min manatdan yuxarı olan abonentlərə smart kard tipli qaz sayğacları quraşdırıldı. Vətəndaşın razılığı ilə 50% köhnə debitor borc ödənilməklə ödənişlər davam edir".

Abonent borcunu 100 faiz ödədiyi təqdirdə təkrar qazın verilməsi təmin edilir. Qeyri-əhali sektorunda da proses eyni qaydada həyata keçirilir.

Qənimət Səmədov: "Artıq bir həftədir ki, 10%-dən yuxarı böyük borcu olan obyektlərin qaz təminatı dayandırılıb. Dəyəri tam ödənildikdən sonra qazın verilişi bərpa edilir".

Elektrik enerjisi haqqının ödənişi ilə də bağlı prosesdə demək olar ki, eyni qayda üzrə icra olunur. Əgər abonent ardıcıl olaraq elektrik enerjisinin haqını ödəmirsə və ya arada ödəyirsə, o borclar abunə şöbəsində qeydə alınır və bütün borclu abunəçilərə fərdi qaydada bildiriş xəbərdarlıq forması paylanılır.

Cavid Talışlı (Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin şöbə rəisi): "Bu xəbərdarlıq 2 nüsxədən ibarətdir. Biri abonentdə, biri idarədə saxlanılır. Abonentin ödənişi olmadıqda həmin əraziyə briqada çıxarılır. Abonentin enerji verilişi açılır".

Yaranmış borcu ödəmək istəyən, lakin tam ödəmək imkanı olmayan abonent şəbəkəyə müraciət edirsə, müəyyən güzəştlər tətbiq olunur. Borcunun artıq və ya səhv hesablandığını iddia edən, xəbərdarlığı qəbul etməyən abonentlərin şikayətləri isə araşdırılır.

Borcunun səhv yaranması və borcu ödəməkdən imtina barədə abonent məhkəmə orqanlarına, digər qurumlara müraciət edə bilər. Protokol formasında da ödəniş olmadıqda özbaşına qoşulmalar baş verməsin deyə və təhlükəsizlik məqsədilə abonent nəzarətə götürülür.

Tarix
2017.04.26 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla