Yuxarı

Vilayət Eyvazov Dərbənddə: generalların görüşü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının Daxili İşlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilib.

Axar.az xəbər verir ki, görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Müzakirələr zamanı hər iki ölkənin Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğunluğu bildirilib, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, ekstremizmə qarşı mübarizədə səylərin artırılmasının, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsinin, işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Vilayət Eyvazovla yanaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, eləcə də şimal sərhəd rayonlarının polis rəisləri iştirak edib.

Tarix
2017.04.28 / 15:07
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla