Yuxarı

Aprel zəfərinin unudulmaz qəhrəmanı… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzun cəbhə kəndlərindən biri olan Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun büstünün açılışı olub.

Axar.az xəbər verir ki, açılışda Tovuz rayon icra başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, kənd ziyaları, ictimaiyyət nümayəndələri, Ağdam kənd sakinləri və məktəblilər iştirak ediblər.

T.Zeynlanov çıxışında Naiq Yusifovun qəhrəmanlığından və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş tovuzlulardan danışıb.

Q.Paşayeva bildirib ki, bütün gənclər Milli Qəhrəman Naiq Yusifovu yaxından tanımalı və onun şəhidlik zirvəsinə gedən qəhrəmanlıqlarla dolu həyat yolunu öyrənməlidir:

“Ali Baş Komandanımızın söylədiyi kimi, gənc nəsillərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır və hər bir azərbaycanlı işğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etməyə hazır olmalıdır. Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya göstərdi. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edcəyik və o gün uzaqda deyil”.

Naiq Yusifovun anım mərasimi Milli Qəhrəmanın doğulduğu evdə davam edib.

Tarix
2017.04.29 / 14:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla