Yuxarı

Şadlıq sarayları taktikanı dəyişir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rayonlarda şadlıq sarayları təcrübəsi Bakıdakı kimi deyil. Bakıda saraylar bütün xidmətləri özləri edir, ümumi məbləğ tələb edirlər. Rayonlarda isə əksinə, şadlıq sarayı sadəcə icarəyə götürülür, bütün xidmətləri isə toy sahibi özü görür ki, bu da daha ucuz başa gəlir. Son vaxtlar toyların azalması Bakıdakı şadlıq saraylarının da bu metoda əl atmasına səbəb olub. Artıq bir neçə saray icarə haqda qərar qəbul edib.

Axar.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bir vaxtların ən gəlirli bizneslərindən olan şadlıq evləri yavaş-yavaş dəbdən düşür. Artıq rayonlardakı kimi, Bakıda da sadəcə icarə haqqını ödəyib, digər xidmətləri toy sahibi özü görə bilir.

Toy üçün nəzərdə tutulan bütün məhsulları toy sahibi özü alır. Menyuya nələri daxil edəcəyinə də özü qərar verir. Şadlıq sarayı isə aldığı icarə haqqının qarşılığında bir neçə xidməti yerinə yerinə yetirir. Toy sahibi hətta ofisiant və aşbazları da özü gətirə bilər.

Toyun icarəyə götürülən şadlıq sarayında edilməsi toy sahibinə daha ucuz başa gəlir.

Lakin şadlıq sarayları icarə zamanı toy sahibi tərəfindən alınıb gətirilən məhsulların keyfiyyətinə nəzarəti öz üzərlərində saxlayır.

Ehtimal edilir ki, tezliklə bir çox şadlıq sarayı da icarə taktikasından istifadə edəcək.

Tarix
2017.04.29 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla