Yuxarı

Ukrayna-Azərbaycan bir-birini tamamlayır - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ukrayna rəqabət aparmır, təkcə siyasətdə deyil idmanda da bir-birini tamamlayırlar.

Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Səfir bildirib ki, bir idman həvəskarı kimi Bakıda keçirilən Dünya Kubokunun təşkilinin səviyyəsini yüksək qiymətləndir: "Mən çox şadam ki, Ukrayna komandası qızıl medal almışdır və bu, Ukraynada idmanın yüksək inkişaf səviyyəsini göstərir. Azərbaycanda idmanın səviyyəsinə şübhə etmirəm. Ona görə ki, mən uzun müddətdir burada işləyirəm, Azərbaycanda bu sahənin inkişafını görmüşəm və inkişafın davam etdiyi görürəm".

A. Mişenko qeyd edib ki, sevindirici haldır ki, çoxsaylı Ukraynalı gimnast Bakıda keçirilə idman yarışlarında iştirak edir: "Təəssüf ki, Ukraynada Milli Gimnastika Arenası kimi zal yoxdur. Lakin biz tez-tez gəlib Bakıda keçirilən idman yarışlarını seyr edəcəyik və həm Ukrayna idmançılarının həm də Azərbaycan gimnastlarının qələbələrinə sevinəcəyik".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilib.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil ediblər.

Tarix
2017.04.30 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla