Yuxarı

“Yeni Müsavat” “Azadlıq”ı saxtakarlıqda suçladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər iki müxalifyönlü qəzet - "Azadlıq" və "Yeni Müsavat" rəhbərliyi mətbuatın gündəmində qarşılıqlı ittihamlarla yadda qaldı. Bu ittihamlar hər iki qəzetin nəşrini dayandırması dövrünə təsadüf etdi. "Yeni Müsavat" rəhbərliyi kampaniya keçirərək qəzetin nəşrini bərpa etsə də, "Azadlıq"hələ ki, Azərbaycan Nəşriyyatı ilə aralarında olan maddi problemə görə oxucularını sevindirməyə müyəssər olmayıb.

"Yeni Müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan hər iki qəzetin rəhbərliyi arasında yaranan soyuq münasibətə "Axar.az"da aydınlıq gətirdi:

Azər Ayxanın fikrincə , "Azadlıq" qəzetinin rəhbərliyi hər iki qəzetə hakimiyyətin yaratdığı məhdudiyyəti kənara qoyub "Yeni Müsavat"a qarşı kampaniya aparır:

"Onlar bunu bir kənara qoyub, bunun acısını, intiqamını "Yeni Müsavat"dan çıxmaq istəyirlər. Və bu, heç cür anlaşılan deyil. Özlərini yeganə müxalifət qəzeti adlandırırlar. Allah işlərini avand eləsin. Yeganə olsunlar, nə deyirik, amma və lakin bir az da ədalətli olsunlar, azacıq da qərəzdən də uzaq dursunlar.

Baş redaktorun müavini həmçinin "Azadlıq"ı saxtakarlıqda ittiham etdi və bunu qəzetdə gedən materialda "Yeni Müsavat"ın adının ixtisar edilməsi ilə əlaqələndirdi:

"Hətta bizim də adımız keçən xəbərdə saxtakarlığa yol verirlər. Bizi görməzdən gəlirlər öz aləmlərində. Müsavat Partiyasının Divan üzvü, iqtisadçı alim Qubad İbadoğlu özünün "facebook" səhifəsində Brüsseldə beynəlxalq tədbirdə "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin yayım problemi ilə bağlı çıxış edəcəyini yazıb. Qubad bəyin statusundan xəbər düzəldib həm "Yeni Müsavat" qəzetində, həm də "Müsavat.com" saytında dərc etmişik. Həmin xəbərdə "Azadlıq"ın da adı gedib. Fəqət "Azadliq.info" saytında bu xəbər çox kobud formada saxtalaşdırılıb və "Yeni Müsavat"ın adı xəbərdən çıxarılıb. Hakimiyyəti seçki saxtakarlığında, ədalətsizlikdə və başqa məsələlərdə ittiham edən bir qəzet və onun gerçək sahibi olan siyasi lider bu cür informasiya saxtakarlığına yol verirsə, deməyə söz qalmır. Bu, heç bir əxlaqa, ölçüyə sığan hərəkət deyil. Özünü demokrat və haqq-ədalət simvolu elan edənlərin bu davranışı seçki saxtakarlığı qədər qorxulu, təhlükəli və yolverilməzdir".

"Azadlıq" qəzetindən müxbirimizə bildirdilər ki, artıq bu mövzuda fikir bildirmək istəmirlər.

Tarix
2013.11.14 / 21:34
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla