Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
28 May 2018


Abdullah Gülün xanımından ilginc fikirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin birinci xanımı Hayrunnisə Gül "Bugün" qəzetinə verdiyi müsahibədə ilk dəfə bu qədər ətraflı cavablar verib. Həmin müsahibəni ixtisarla sizə təqdim edirik:

"Gəzi Parkı" hadisələri bir qəza idi

Hayrunnisə Gül "Gəzi Parkı" hadisələri ilə bağlı "Kaş ki, olmayaydı. Bunu bir qəza olaraq görürəm",- deyib. Gözəl günlərin içində bu cür hadisələrin yaşanmasının insanı üzdüyünü ifadə edərək "inşallah, bir daha o cür hadisələr baş verməz" deyə qeyd edib.

"Qızlı-oğlanlı"ya cavab

Tələbə evləri ilə əlaqədar mübahisələrə isə xanım Gül bu cür fikir bildirib:

"Mən hər şeyin təbii şəkildə olmasından yanayam. Kimlərəsə nəyisə zorla etdirmək çox çətindir. Hamımız anayıq, atayıq. Uşaqlara nəyisə demək başqa, basqıyla etdirməyə çalışmaq tamam başqadır. Sözün açığı, bu işlərin məsuliyyətini ailələrin öz üzərinə götürməsinin tərəfdarıyam. Mən də uşağımın bu cür şəraitdə hansısa evdə qalmağını istəmərəm. Və xaricdə də o cür şəraitdə yaşamır. Ana-ata olaraq övladımızın düzgün yaşayışından əmin olmaq istəyirik və o cür olduğunu da yoxlayırıq. Bütün ailələr də istəyəcək. Dövlət ortada bir problem varsa, ölçü götürə bilər, yataqxanalar inşa edə bilər, imkanlar yarada bilər. Ancaq dövlət ana-ata kimi ola bilməz. Bu iş ailədə həll olunmalıdır".

Prezidentlikmi? Allah qorusun

"Abdulla bəy 1991-ci ildə öz istəyi ilə deyil, Allahın lütfü, qisməti olaraq siyasətə qoşulub. Deməli, Allah özü bu günləri bizə qismət edib. Uzun müddətli planlar quran deyiləm. Abdulla bəy də elədir. Olduğumuz yerlərin haqqını verməyə çalışdıq. Abdulla bəyin siyasi həyatında heç vaxtı yol göstərən olmadım, qarışmadım. Haqqını verərək təhvil versək, çox xoşbəxt olarıq. Prezidentliyə namizədlikdən əvvəl "Allah eləməsin" dediyim günlər olub. Çox çətin olacağını, asan keçməyəcəyini bilirdim. Namizəd olduğunun bəlli olduğu gün bizim uşaqlar çox pis olmuşdu. Ailə də fədakar olmalıdır".

O qədər də kitab oxuya bilmirəm

"Bu aralar o qədər məşğuluq ki, istədiyim qədər kitab oxuya bilmirəm. Səyahətlər, proqramlar var. Axırıncı dəfə "Mənim dünyam" filminə baxdım".

Abdulla bəylə gizli-gizli ağlamışıq

"Küçəyə baxdığınız zaman sizə olan sevgini görürsünüz. "Onlara layiq ola bilirikmi?" deyə narahat olursunuz. Hər cür insanın məsuliyyəti, günahı sizin boynunuzdadır. Yuxularınızı qaçıracaq dərəcədə böyük günah var boynunuzda. Suriyada bunlar olan zaman necə rahat ola bilərsiniz axı? Keçən dəfə bir rəfiqəm iki suriyalı qızımızı gətirdi. Valideynləri Suriyadadır. Məktəbə getmirdilər. Uşaqlara bəlli etmədən Abdulla bəylə mən gizli-gizli ağladıq".

Tarix
2013.11.16 / 20:52
Müəllif
Vüsal Tağı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar - Foto

AGF-dən AXC ilə bağlı möhtəşəm - Video

Ermənilər suyumuzu zəhərləyir

İrandan Azərbaycanın “ana”sına sayğısızlıq: Olmaz!

Sabahın hava proqnozu açıqlandı

Ərdoğana dua edən ingilis: Allah yardım edəcək - Video

İsmayıllıda sel fəlakəti: 60 kənd işıqsız qaldı

Ermənilər cəbhə xəttini atəşə tutdu

ABŞ Aya yeni ekspedisiyalar göndərir: əsas vəzifə

Kəmalə Ağazadənin evinə ilanı kim atıb? – Açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla