Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2017


İyirmi min azərbaycanlı “havada” yaşayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Redaksiyamıza 20 ildir şəxsiyyət vəsiqəsi ala bilməyən vətəndaş şikayət edib.

Böyükşor qəsəbəsi Pəhləvan Fərzəliyev küçəsinin sakini Hümbətov Rövşən Əziz oğlu 1993-cü ildən bu günə qədər heç bir sənədi olmadan yaşayır. Şikayətçi bildirir ki, neçə ildir bu problemdən yaxa qurtara bilmir. Uzun müddət Gürcüstan vətəndaşlığında yaşayan R.Hümbətov ölkəyə qayıdanda sənədlərini itirib. Və o zamandan bəri heç bir sənəd əldə edə bilmir. Şikayətçinin sözlərin görə, baş vurduğu bütün dövlət idarələri işi öz üzərindən atır. Hər idarə onu başqa bir idarəyə göndərir.

Təkcə doğum haqqında şəhadətnaməm var

Hümbətov Rövşən Əziz oğlu 1974-ci ildə anadan olub. 17 yaşına kimi Gürcüstanda yaşayıb. 1992-ci ildə oradan tamamilə köçüblər. Bir il Qarabağda anasının yurdunda yaşayıb. Ölkəyə qayıdanda sənədini itirdiyinə görə, yaşadığı evə qeydiyyata düşə bilməyib: "Ailə üzvlərimdən hər kəsi qeydiyyata alsalar da, məni salmadılar. Bu səbəbdən nə Gürcüstanda, nə də ölkəmdə normal yaşaya bilirəm. Təkcə doğum haqqında şəhadətnaməm var. Onu da kimə göstərirəmsə, deyirlər ki, sən Gürcüstan vətəndaşısan, biz səni qəbul edə bilmərik. Gürcüstan səfirliyinə də getdim, olanları danışdım, onlar da köməklik etmədi".

Övladları ata soyadı daşımaq istəyir

Şikayətçinin həyat yoldaşı İradə Mehdiyevanın sözlərinə görə isə artıq 18 ildir ki, evlidirlər. Lakin bu problem onların rəsmi evliliyinə mane olub. Sırf bu səbəbdən nə nikaha girə bilirlər, nə də ki övladları atalarının soyadını daşıya bilir: "1995-ci ildən Rövşənlə evliyik. Neçə ildir bizi məsələyə aid olmayan, səhv ünvanlara göndərirlər. Kimi səfirliyə, kimi Miqrasiya İdarəsinə… Amma heç bir yerdən köməklik yoxdur. Gürcüstan həyat yoldaşımdan imtina edib, Azərbaycan isə qəbul etmir. Bəs onu vətəni qəbul etmirsə, kim etməlidir? İki oğlumuz var. 17 yaşları var. Amma hər ikisi mənim soyadımı daşıyır. Mən istəyərdim övladlarım atalarının soyadını daşısın. Bu sənədsizlik ucbatından həm də maddi sıxıntı çəkirik. Heç yerdə işə götürmürlər. Yalnız ara işlərlə məşğuldur ki, bu da bizim ailənin ehtiyaclarını ödəmir. Maşın bazarında maşınların ehtiyat hissələrinin satışı ilə məşğuldur. Vəziyyətimiz çox çətindir".

Ekspertlər nə deyir

"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev məsələ ilə bağlı "Axar.az"a bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala bilməzlər. Azərbaycan Respublikasının ərazisinə 1992–ci ildən sonra gələnlər üçün şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunu hələ qəbul edilməyib. Qanunvericiliyə görə, kim 1992-ci ilədək ölkəyə köç edibsə, vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Amma 1992-ci ildən sonra bu vəziyyətlə qarşılaşanlar rəsmiləşdirilmir, sadəcə, ölkədə yaşamağına heç bir əngəl törədilmir.

Miqrasiya məsələləri üzrə ekspert Əhməd Şirinov isə bildirdi ki, məsələ ilə əlaqədar vətəndaş Gürcüstan səfirliyinə müraciət etməlidir: "Burada çətin heç nə yoxdur. O, Gürcüstan səfirliyinə müraciət edərək bildirməlidir ki, ona qayıdış şəhadətnaməsi versinlər. Gürcüstana gedərək bütün sənədlərini alıb ölkəyə qayıtmalıdır. Ondan sonra vətəndaş Azərbaycanda şəxsiyyət vəsiqəsilə ilə təmin edilə bilər.

Dövlət Miqrasiya İdarəsinə müraciət etsək də, suallarımızı cavablandıran olmadı. Bildirdilər ki, bütün suallar Komitənin rəsmi saytında cavablandırılır.

Qeyd edək ki, ölkədə bu cür insanların sayı 20.000-dən çoxdur.

Tarix
2013.09.30 / 13:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mosulun müharibədən əvvəlki və sonrakı - Görüntüsü

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb - Video

Goranboyda keçirilən reyddə təhlükəli anlar - Video

Avtomobil qadını vurub öldürdü, körpəsini isə yaraladı

Bərdə bazarında 12 mağaza yandı - Video

ETSN: Lerikdə 64 yaşlı kişi qanunsuz ağac kəsərkən öldü

Bakıda yanğın: sakinlər təxliyə olundu

Oğlu maşınla adam vuran rəis barədə - Araşdırma

Şamaxıda ağır qəza: xəsarət alan var

Müəllimlərin işə qəbulunda - Yenilik

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla