Yuxarı

Fuad Qəhrəmanlıdan Aydın Mirzəzadəyə cavab gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə "feysbuk" səhifəsində status yazaraq AXCP sədri Əli Kərimlini ittiham edib. Millət vəkili "Azadlıq" qəzetinin nəşrinin fəaliyyəti yönündə təşkil etdiyi abunə və ianə marafonunda Əli Kərimlinin dollarla ianə verməsini dövlətimizin atributu sayılan manata hörmətliksizlik kimi qiymətləndirib və bunu xarici amillərlə bağlayıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Axar.az"a açıqlamasında Aydın Mirzəzadənin ittihamlarına cavab verdi:

"Hər hansı bir xeyriyyə aksiyasına pulun hansı valyuta ilə verilməsini qabartmaqda məqsəd diqqəti əsas problemdən yayındırıb, mənasız mübahisəyə cəlb etməkdir. İşin mahiyyətini, "Azadlıq"ın indiki durumunu və vəziyyətin bu yerə gəlib çıxma səbəbini qabartmaq və buna cavab vermək lazımdır. İllərdir kiminsə haqqını yeyən birisi indi Əli Kərimlinin dollarla ianə verməsini qəbahət sayır. Görünür, Aydın Mirzəzadə Əli Kərimli və onun sədri olduğu partiya haqda ciddi ittihamlar səsləndirə bilmir və bunu məntiqsiz dollar məsələsi ilə kompensasiya edir".

Tarix
2013.11.16 / 22:11
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla